Dünyaşöhrətli italyan ulduzu Monika Belluççi Paris Moda Həftəsi çərçivəsində “Dior” brendinin dəfiləsini izləyib.
gundemxeber.az xəbər verir ki, 53 yaşlı aktrisa illərə meydan oxuduğunu bird aha göz önünə sərib. Monika “Dior”un 2018-ci il üçün yaz-yay kolleksiyasını izləmək üçün gecəyə sinə dekolteli qara midi don geyinib. Dekolteli libasında ideal görünüşü ilə göz oxşayan Belluççi jurnalistlərin suallarını cavablandırıb.
Xatırladaq ki, Monika karyerasının ilk illərində “Dolce Gabanna” və “Dior” brendləri üçün modellik edən ilk aktrisalardandır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?