Aktrisa Pərvin Abıyeva rol aldığı "Yarımdünya" filminin qala gecəsində uzun yarıqlı və sinə dekolteli libası ilə diqqət çəkib.
gundemxeber.az xəbər verir ki, axşam.az-a fotokamerası qarşısına keçib şəkillər çəkdirən aktrisa yaradıcılığından da danışıb.
O, maraqlı ssenari olarsa açıq-saçıq səhnələrdə də çəkilə biləcəyini bildirib.
“Aktrisa plastilin kimidir, nə desən etməlidir. Bu, onun işidir. Azərbaycanda isə açıq-saçıqlığa düzgün baxmırlar. Göbəyiaçıq şəkil çəkdirib sosial şəbəkədə paylaşanda nələr yazırlar. Buna görə də aktrisalar bir az çəkinir. Əgər maraqlı ssenari, yaxşı çəkiliş heyəti olsa bu cür obraza çəkilməyi qəbul edərəm”.
P.Abıyeva daha çox dramatik obrazlar sevdiyini bildirib:
“Komediya mənlik deyil. Daha çox dramatik obrazları xoşlayıram. “Ay Brilliant”da da mən dramatik obrazı oynayıram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?