Adnan Oktarın kedicikləri ( "pişik balası") dediyi qadınlar artıq televiziya proqramlarına çıxmayacaq.
gundemxeber.az bildirir ki, Adnan Oktarın sahibi olduğu A9 kanalı 8 ildir fəaliyyətdədir.
"Pişik balası" dediyi qadın davamçıları də 8 ildir ki, Oktarla birlikdə proqramda çıxış edirdi.
Lakin ən son kanalla bağlı yazılan RTÜK hesabatında kanalda din və qadın istismarı aparıldığı məlumatı yer alıb.
Bu məsələ ilə bağlı DWYE danışan Oktar bunları deyib: “Xanım dostlarda dekolteli olmasın dedilər ki, xanım dostlar artıq proqrama çıxmır. Kökdən çözümcüyüm mən”.
Adnan Oktara "Siz şeyxmisiniz” sualı da yönəlib. Adnan Oktar isə bu sualı rədd edərək "Mən bilmirəm belə işləri" deyərək cavab verib.
Adnan Oktar homoseksual lobbisinin də onu qısqandığını və tutmaq istədiyini sözlərinə əlavə edib.
Nə olmuşdu?
Diyanət işləri başqanı Ali Erbaşın Oktar “ağıl tarazlığıpozulub2 ifadəsini işlətməsi başlayan və Oktarın "Kerhanelərdən alınan vergilərlə maaşlarınız ödənir" ifadəsi ilə alovlanan mübahisə sonrası Radio və Televiziya Üst Qurulunun (RTÜK) internetdən yayımlanan proqramlara da müdaxiləsi gündəmə gəlmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?