Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan aktrisa-müğənni Fatimə Abbasquliyeva müəllimi, məşhur rejissor Mark Razovski tərəfindən zorlandığını demişdi.
Onun bu açıqlaması səs-küy yaradıb. Andrey Malaxovun “Canlı efir” proqramında açıqlamasından sonra Fatiməni çoxları qınayıb. Aktrisa bildirib ki, sosial şəbəkədə belə onu təhqir edirlər:
“Studiyada baş verənlərdən çox pis olmuşdum. Bunlar mənə qəribə gəlir. Hamı məni qınadı. Deyirlər ki, bununla özümü piar edirəm. Mənim üçün bu, çox dəhşətli bir addımdır. Hətta sosial şəbəkədə belə mənə təhqirlər yazırlar. Hətta teatrda birlikdə çalışdığım insanlar, universitet yoldaşlarım mənə qarşı çıxdılar”.
Aktyor İqor Skripko “Fatimə heç bir yerdə çalışmır. Buna görə də rejissoru ölkəyə biabır etdi. İndi düşünür ki, bütün sosial şəbəkə istifadəçiləri və aktyorlar onu dəstəkləyəcək. O, rol oynayır” deyə, aktrisanı qınayıb.
Aktrisa, rejissorun tələbəsi Svetlana Markovnikova da onun əleyhinə açıqlama verib:
“Onun dedikləri gülməlidir. Fatimənin vəziyyətinin bu qədər pis olduğunu düşünmürdüm. Fatimə özünü çox sevir. O, istədiyinə müxtəlif yollarla nail olur.
Hətta bir dəfə onunla mübahisəmiz də olub. Qonaq getmişdik, Fatimə də orada idi. Onlar ərimlə bir otaqda tək qaldılar. Otağa girdim ki, ərim yataqda uzanıb, Fatimə isə ona tərəf uzanaraq sinəsini açıb. Onlardan nə baş verdiyini soruşdum. Hətta bir dəfə qrim otağında olanda çaydanı başıma vurmuşdu. Xəstəxanada yatmışam”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?