Uzun müddətdir Türkiyəyə köçən aktrisa Könül Nağıyeva Bakıya qayıdıb.
gundemxeber.az bildirir ki, axşam.az-a açıqlama verən aktrisa "Kızkaçıran" filmindən bəhs edib:
"Burada çox qala bimərəm, çünki orada dərslər alıram. Rol aldığım "Kızkaçıran" aprelin 15-də Türkiyədə, ondan bir həftə sonra isə Bakıda təqdim ediləcək. Bu filmdən böyük gözləntilərim var. Bu, mənim komediya janrında ilk işimdir. Xoşuma gəlməyən ssenarini iş olsun deyə qəbul etmərəm. Hər bir aktyor öz rolunu gözləməlidir".
K.Nağıyeva yeni serialda rol alacağını da bildirib:
"Serialla bağlı 1 aydan sonra ətraflı xəbər verə biləcəyəm. Hazırda danışıqlar gedir, çəkiliş martın sonunda başlayacaq. Yeni bir serialdır. Baş rollardan birini canlandıracağam. Çox maraqlı və məşhur tərəf müqabillərim olacaq".
Aktrisa sosial şəbəkədə onu qınayanlara da cavab verib:
"Burdan tam qopa bilmərəm, oğlum, hələ ki, Bakıda yaşayır. Əgər Azərbaycanda bir layihə olsa, razılaşaram. Mən aktrisayam, hər bir ölkədə filmə çəkilə bilərəm. Mən Türkiyədə türk, xaricdə ingilis dilində danışacağam. Qınayırlar ki, "Niyə sosial şəbəkədə türk dilində yazırsan?" Bu, mənim şəxsi işim və strategiyamdır. Özüm bilərəm. Orada türk dilində danışmaq mənim üçün insanlarla ünsiyyət qurmağı asanlaşdırır. Məni artıq Türkiyənin aktrisası kimi qəbul edirlər. Orada bir şirkətlə çalışıram, 2 illik müqaviləm var. Mənə başqa yerlərdə filmlərə çəkilmək qadağası qoymayıblar".
Sorğu
Yeni dizaynımız necədir?