Almaniyada yaşayan azərbaycanlı bloger Əsmər Allahverdiyeva müsahibə verib.
gundemxeber.az media24.az-a istinadən həmin müsahibəni təqdim edir:
"Qazancımın 80%-i gözəlliyimə xərclənir. Cox moda və makiyaj düşkünüyəm..."
- Siz kim idiniz və kim oldunuz? Uşaqlıqdan etibarən kameralara poz vermək istəyən balaca bir qız olmuşam. Düzdür, bu xəyalımı Həyata keçirməyə tez başladım və qısa bir müddət ərzində xəyal etdiyim uğurlara imza atdım
- Videolarınızı özünüz çəkib montaj edirsiz? Sizi özünüz çəkdiyiniz videolar daha yaxşı ifadə edirmi? Əlbəttə ki, bütün sosial media hesabımdakı bütün əməklər mənə aiddir. Öz Youtube kanalım üçün çəkdiyim videoları özüm montajlayıram. Çünki onu etmək mənim hobbilərimdən biridir. Və, əlbəttə ki, nəticələri görüb və bütün zəhmət mənə aiddir deyə bilmək böyük bir qürurdur mənim üçün.
- Bu sənəti seçməyinizin səbəbi nədir? Qeyd etdiyim kimi, cox balaca vaxtımdan mən Youtube videolarını izləyirdim və "bir gün mən də mütləq bunu edəcəm" deyirdim. Beləcə, sözümü tutmuş oldum və qürurla özümü video bloger adlandıra bilərəm
- Peşəkar bloger olmaq üçün nə etmək lazımdır? Əvvəla başqalarının marağını oyatma qabiliyyətini əldə etməlisiz. Daim gülərüz və pozitiv olub kameranın qarşısına əyləşib şirin söhbətiniz və çəkiciliyiniz ilə insanları özünüzə bağlamalısız ki, həmin o insanlar kanalınıza abunə olub davamlı videolarınızı izləsinlər.
Bunu da mütləq dilə gətirməliyəm, video bloger olmaq arzusunda olan gənclərimizə demək istəyirəm ki, izləyicilərimiz bizi, bizim mükəmməl videolarımıza görə yox, məhz şəxsiyyətimizə görə izləyirlər.
- Bakıya tez-tez gəlib-gedirsiz?
Bəli, demək olar ki, ildə 4-5 dəfə gəlməyə çalışıram. Karyeram üçün də səyahətlərdə oluram. Yəni həm ziyarət, həm ticarət (gülür).
- Azərbaycanda ən çox sevdiyiniz vayner-bloger kimdir?
Həm mənim məsləkdaşım, həm də uzun müddətdir cox yaxın rəfiqəm olan Turanə Zeynalovanın videolarını maraqla izləyirəm.
- Paxıllıq çəkən, sizi ruhdan salmaq istəyən insanlara qarşı necə mübarizə aparırsız? Hamıya gəldiyi kimi mənə də həmin "Hater" mesajları gəlir, lakin şükürlər olsun ki, məndə o tipli insanların səhifəmdə sayı cox az olur, başqalarına nisbətən. Lakin olanda da, bu hadisələr məni ruhdan salmağı bacarmır. Əksinə, fərqində oluram ki, mən bacarıqlıyam. Gülüb keçirəm və onlar kimi bir insan olmadığıma, sadəcə, şükr edirəm.
- Gün ərzində xərclədiyiniz pulun qədəri? Bu, gündən-günə deyişir. Cox şəxsi olduğu üçün miqdar da qeyd etmək istəmirəm, lakin belə deyə bilərəm ki, qazancımın 80 faizi, sadəcə, gözəlliyimə xərclənir. Cox moda və makiyaj düşkünüyəm. Bu videolarımdan bilinir, məncə (gülür).
- Qadını seksual göstərən detalları sadalayın! Bu işlər, qısa ətək və hündürdaban ayaqqabı geyinməklə alınmır. Qadını cazibədar göstərən onun xanımlığı, hər kəslə hörmətlə danışması, başqalarının fikrinə hörmətlə yanaşmasıdır.
Əlbəttə ki, oxunmuş bir qadın və karyerasını qurmuş biri, hər dəfəsində 1-0 irəlidədir.
- Qadınları necə görmək istərdiniz? Həmişə qadınlara arzuladığım tək bir arzu var və onu indicə belə qeyd etmək istəyirəm. Tanrı heç bir qadının ürəyinə qısqanclıq, fəsadlıq duyğusu verməsin. Hər bir qadın özünə güvənib hər gün baxımlı olub və həyatdan nə istədiyini bilsin, karyera həyatını ona görə davam etdirsin.
- Sizə evlilik təklifləri olurmu? Mənim qarşımda diz çöküb evlilik təklifi olunmayıb. Sevgilim olmadığına görə, evdə anamdan eşidirəm arada ki, kimlərsə xəbər göndərir. Qeyd edim ki, bu haqda mən hələ düşünmürəm, əvvəla mənim üçün, ilk növbədə, karyeramdır
- Niyə qadınlar istedadlı kişilərə daha çox meyillidirlər? Deyə bilərəm ki, hər qadının arxasında dayanan, onu dəsdəkləyən güclü, öz ayaqlarının üstündə dayanan bir kişi görmək istəyir. Qadınlar qorunmaq istəyir. Gözlərini yumduğunda güvənə biləcəyi biriləri olduğunu bilmək istəyirlər və məhz buna görə də düşünürəm ki, istedadlı kişilərdən bu güvənci əldə edəcəklərini düşünürlər.
- Həyatda düşməniniz varmı? Əgər mən bir insanı həyatımdan silmişəmsə, o insana vaxt ayırıb düşmənim belə adlandırmaram. Lakin bir neçə insanın gözündə mən onların düşməniyəm. İsdədikləri kimi də adlandırıb, düşünə bilərlər, mənə bir ziyanı toxunmadığı müddətcə.
- Sirr deyilsə, video blogerlikdən təxminən nə qədər gəlir əldə edirsiz? Deməzdim, video blogerlikdən dünyaları qazanıram. Mən daha cox əsl sənətim olan kosmetologiyadan və son zamanlarda cox üstünlük verdiyim modellikdən qazanıram
- Özünüzə rəqib gördüyünüz biri varmı? Xeyr. Mənim məsləkdaşlarımla hətta, məncə, əl-ələ verib daha böyük uğurlara imza atmalıyıq. Özünə kimisə rəqib görən insanları da anlaya bilmirəm.
- Bu işdə pul və uğur qazanmaq istəyənlərə nə məsləhət bilərdiz? Əvəlla uğur qazanmalarını diləyirəm. Çünki uğur olduqdan sonra, pul da gəlir. Bu sahədə pulu hədəf olaraq görsən, uğur qazana bilməyib itirə bilərsən.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?