İngiltərədə yaşayan 21 yaşlı Şarlot Tomsonun başına inanılmaz hadisə gəlib.
Şarlot mədə ağrısı və qanaması ilə xəstəxanaya gedib və 9 aylıq hamilə olduğunu öyrənib.
Həkimlərin belə təəccübünə səbəb olan hadisə haqda Tomson bunları deyib:
"Uşağı qucağıma almayanadək 9 aylıq hamilə olduğuma inanmırdım. Bu müddət ərzində məndə hamiləliyə xas heç bir xüsusiyyət olmayıb. 9 ay ərzində sadəcə 1 kiloqram 300 qram kökəlmişdim, qarnım isə düz idi. Gözlənilmədən ana olmaq qəribədir, amma özümü çox xoşbəxt hiss edirəm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?