Azərbaycanın xalq artisti, kino rejissor, sevimli aktyor Ramiz Əzizbəyli bir neçə gün bundan öncə iflic olub.
Avropa.info xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib.
Çətinliklə danışan aktyor bildirib: "Bir neçə gündür ağız nahiyəsindən iflic olmuşam. Özümü pis hiss edirəm. Tərslikdən iyulun 20-si ad günümdür. Hamı ora-bura çağırır, heç yerə gedə bilmirəm”.
Qeyd edək ki, hal-hazırda Ramiz Əzizbəyli həkim müayinəsindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?