56 yaşlı məşhur oyunçu Şeron Stounun iflic olduğu üçün xəstəxanaya yerləşdirildiyi haqda xəbərlər yayılıb. “gundemxeber.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisanın Braziliyada AIDS araşdırmalarına dəstək olan tədbirdən sonra iflic olduğu üçün xəstəxanaya yerləşdirildiyi iddia edilib. “RCN La Radio” adlı radio kanalı da bu xəbəri təsdiq edib. Bu xəbərlərdən sonra Californiyada xəstəxana açılışına qatılan aktrisanın səhhətinin yaxşılaşdığı haqda məlumatlar yayılıb. Qeyd edək ki, Stoun 2001-ci ildə iflic keçirsə də, daha sonra tamamilə sağalıb. Məşhur ulduz iflic semptomlarına qarşı şüurlandırma reklamında da rol alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?