Xalq artisti Zabit Nəbizadə aldadılıb. Onun gizlincə video-görüntüsünü çəkib, yayıblar.
gundemxeber.az xəbər verir ki, yenicag.az-a açıqlama verən xanəndə bu hadisədən sonra maqazin proqramlarından uzaq gəzdiyini bildirib:
“Telekanallardan biri mənə zəng etdi ki, eviniz plana düşüb, çəkmək istəyirik. Dedim ki, gedin çəkin. Qayıtdılar ki, biz evin yerini tanımırıq, gəlin birlikdə gedək. Yolda maşınımın təkəri boşaldı. Əlimdən gəlir deyə, düşüb təkəri dəyişdim. Sən demə, mən təkəri dəyişəndə operator da gizlincə məni çəkib. Sonradan o görüntülərimi yaydılar. Xəbərim yox idi, efirdə göstərəndə dost-tanış mənə zəng edib dedi. Çox pis oldum və əsəbiləşdim. Özlərinə də dedim ki, əgər belə fikriniz vardısa, qabaqcadan deməliydiniz, icazəm olmadan bu görüntünü çəkib, yaymaq mənə qarşı hörmətsizlikdir. Dedilər ki, burda nə var, maqazin proqramı üçün çəkdik ki, reytinq yüksək olsun. Qəti şəkildə etiraz etdim və narazılığımı bildirdim. Dedim, “qardaş, mənə belə reytinq lazım deyil, bu rəzalətdir”. O vaxtdan bəri nə məni qalmaqallı verilişlərə dəvət edirlər, nə də özüm gedirəm. Hesab edirəm ki, belə verilişlər çəkilərkən, sənət adamı qabaqcadan məlumatlandırılmalıdır. Kim razılıq verər, özü bilər, amma mən o səviyyənin insanı deyiləm ki, belə ucuz reklam arxasınca qaçım. Sənətə aidiyyatı olan verilişlər olanda razılıq verirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?