Əməkdar artist Tünzalə Əliyeva bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirdiyi ilə bağlı açıqlama vermişdi.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa əməliyyat zamanı mədəsini tamamilə götüzdürüb.
T.Əliyeva əməkdaşımızla söhbətində bunu təsdiqləyib. O, hazırda mədəsiz olduğunu bildirib:
"Mədəmi tamamilə çıxartdırdım. Onun əvəzinə çeçələ barmaq böyüklüyündə bir borucuq qalıb. İndi həkimlər çalışır ki, onun həcmini bir az böyütsünlər. Əvvəl yalnız bir ədəd yarpaqdolması yeyə bilirdim. Gün ərzində istədiyimi yeyə bilərəm, amma az miqdarda. Çox yeyə bilmərəm, qaytarıram. Arıqlamağım davam edir, hər şey yaxşıdır".
"Toppuş bacı" ləqəbli aktrisa yaradıcılığından da danışıb. Əliyeva rejissorların onu filmlərə dəvət etməməsindən gileylənib:
"Mənim üçün də maraqlıdır ki, rejissorlar niyə mənə rol vermirlər? Heç bir filmdən təklif almıram. Yəqin mənə uyğun rol olmur".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?