Əməkdar artist Tünzalə Əliyeva ötən gün "Sadəcə sev" filminin qala-gecəsinə qatılıb.
gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, Toppuş bacı kimi tanınan aktrisa Tünzalə Əliyeva hamiləliyindən danışıb.
O, şad xəbəri birinci həyat yoldaşı ilə bölüşdüyünü, hazırda hamiləliyin qaydasında getdiyini bildirib: "Şükürlər olsun ki, hər şey yaxşıdır. Hələ ki, ad fikirləşməmişik, çünki uşağın cinsiyyəti məlum deyil, buna görə çox həyəcanlıyam. Səbirsizliklə ana olacağım, balamı qucağıma alacağım günü gözləyirəm. Əslində, qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas sağlam olmasıdır".
Aktrisa ana olduqdan sonra karyerasında fasilə vermək niyyətində olmadığını da bildirib. "Karyeramda ciddi fasilə verməyi düşünmürəm. Uşağın dünyaya gəlməsi yay aylarına düşdüyü üçün efirlərdən az da olsa, uzaqlaşdığım hiss olunmayacaq. Övladım dünyaya gəldikdən sonra onu dayəyə etibar etmək fikrim yoxdur".
Tünzalə Əliyeva həyat yoldaşı və qaynanası ilə münasibətlərinin çox yaxşı olduğunu da vurğulayıb: "Həyat yoldaşım çox qısqanc olsa da, məşhurluğum ailə həyatıma təsir etmir. Qaynanamla münasibətlərimiz çox yaxşıdır, məni çox istəyir. Onlara qonaq gedəndə mənə çox yaxşı qulluq edir".
Sorğu
Yeni dizaynımız necədir?