Aktrisa Pərvin Abıyeva ailə qurmaq barədə maraqlı açıqlamalar edib.
O, bu haqda tez-tez düşündüyünü bildirib: “Ailə qurmaqla bağlı fikirlərim tez-tez dəyişir. Bəzən qəti qərar verirəm daha sonra isə fikrimdən daşınıram. İstəmirəm el gözünə görə ərə gedim, uşaq olsun sonra da boşanım. Ailəni elə bir adamla qurmalısan ki, sona qədər getsin. Elə biri qarşıma çıxmıb”. Aktrisa sevəcəyi adamın peşəsindən də söz açıb: “Peşəsinin o qədər də önəmi yoxdur. Düşünürlər ki, görüşdüyüm adam mütləq varlı olmalıdır. Allah şükür pulumu özüm qazana bilirəm. Bu vaxta kimi hər şeyimi özüm əldə etmişəm. Mənim üçün önəmli olan mənə hörmət etməsi və çox sevməsidir. Mən sevgi qadınıyam. Bunu hiss etməsəm həyat mənim üçün boş və mənasız olar”./prime-Time
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?