Müğənni Aygün Kazımova “İntagram”da Nadir Qafarzadəyə cavab verib. Müğənni Nadir Qafarzadənin “Xalq artistinin əxlaqı yerində deyilsə, sənəti başına dəysin” sözlərinə sərt cavab verib:
“Nadir Qafarzadə əxlaq mövzusunda məncə danışmasanız yaxşıdır. Afrikada Azərbaycan tamaşaçısını əlinlə göstərib, dilinlə söyüş söyməyini deyəsən yaddan çıxarmısan. Problem deyil, yaddaşını təzələyərəm. O hərəkətinin üstündə döyülməyini unutdunmu?”.
Qeyd edək ki, Nadir Qafrzadə bu gün lent.az-a açıqlamasında ad alacaq şəxsin yaradıcılığından əlavə, əxlaqı keyfiyyətləri da nəzərə alınmalıdır: “Xalq artisti adını daşıyan bəzi sənətçinin yaradıcılığı zirvədə, əxlaqı yerində deyilsə, onun sənəti başına dəysin. Fəxri ada layiq görülən sənətçi nümunəvi olmalıdır. Mənfi keyfiyyətləri varsa o adama ad verilməməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?