"Səmimiyyətlə sevginin sabahı yoxdur. Onların sınağı var. Mənim həyatımın sınağından az insanlar keçib. Mənim övladlarım məndən üz döndərsə, xəyanət etsə, başa düşərəm. Çünki bu gun ayrı hisslərdi bizdə. Sabahın sınağından, əziyyətindən çıxmaq hər kişinin işi deyil".
gundemxeber.az-in axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova deyib. "V element" proqramının qonağı olan müğənni sevgidən söz açıb:
"Sadiqəm, mənim yaşımda sevgi haqda danışmaq ciddi deyil. "Sevgi" kəlməsi mənim üçün böyük anlamda qadın-kişi arasında sevgidir. Qalanları dostluqdur, ailədir, övladdır. Hər yaşın idarəçiliyi olmalıdır. Sevgi mənim üçün hörmətdir. Bu varsa, sonsuzdur. Mənə deyirlər ki, ev yıxansan.
Qəlbimin şıltaqlığı ilə yaşasaydım, evimin xanımı olmazdım. İndi evlənirlər, 5 il sonra boşanırlar. Qadınlar çox şeyə tək qalmamaq üçün dözürlər. Kişilər bunu başa düşmür".
F.Kərimova "Sənət aləmində çox adamla danışmırsınız" sözlərinə belə cavab verib:
"Bu adam özünü cəmiyyət içində biabır edib. Vətən haqda oxuyur, obraz buna uyğun deyil. Mənimlə danışmayan insanların adını fikrinizdə çəkin. Görün onlar mənim danışmağıma layiqdir?
Özümü öldürürəm ki, açıq-saçıq geyinməyin, danışmayın. İndiki müğənnilər elə görkəmdə olurlar ki, özlərinə maraq qazandırsınlar. Açıqdan saçığa keçirlər. Mən də dekolte geyinmişəm. Flora Kərimova danışanda düşünürdü: demirdi ki, sən kimsən, kasıbsan, varlısan... Görürlər filankəs soyundu, işi keçdi, maşın da aldı. Digəri də onu edir.
Bu həyatdan urvatsız getmək istəmirəm. İstəmirəm uşaqlarım məndən əvvəl bu dünyadan getsin. Yoruldum tabut arxasınca getməkdən. Mənim tabutum övladlarımın çiynində getsin".
77 yaşlı müğənni uzun ömür yaşamaq istəmədiyini söyləyib:
"İstəməzdim uzun ömür yaşayım. İstəyərdim ailə taleyim bütöv olsun. Vəsiyət etmişəm. Hamıya demişəm ki, məni elə basdırın ki, yerimi tapmasınlar. İstəmirəm desinlər, yazıq. İstəyirəm deyim ki, məni öləndə bağımızda dəfn etsinlər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?