GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Bəs deyilmi, laxlayan səsinlə...” – Flora Kərimovadan güllə kimi yazı

“Bəs deyilmi, laxlayan səsinlə...” – Flora Kərimovadan güllə kimi yazı

Tarix: 24-04-2018, 18:47 Bölmə :Maqazin Baxış: 346
“Bəs deyilmi, laxlayan səsinlə...” – Flora Kərimovadan güllə kimi yazı


(Yazı, Azərbaycanın xalq artisti, əfsanəvi sənətkar Flora Kərimovanın istəyi ilə heç bir cümləsinə toxunmadan dərc olunur)
Sənin sonuncu cəfəngiyyatın məni çilədən çıxartdı. Bəs deyilmi?!
Röya, mən nə vaxt sənin “əlindən öpmüşəm” və nə vaxt “qızımın toyuna gəldiyin üçün məni şərəfləndirdin” demişəm?? (14 aprel, 2018-сi il, сanlı yayım “bakunews”)
Düşünürdüm ki, 80 yaşım ərəfəsində məni təəccübləndirən daha ABSURD bir şey ola bilməz. Amma bunu da gördüm!


Birinci gələk sənə qarşı etdiyim “haqsızlıqlara”, sənin dilindən desək “səhvimə”. Mən səhvim olduğu halda tərəddüd etmədən istənilən insandan üzr istəməyə hazıram. Yetər ki, səhvi göstərə bilsin.

Görünür, ən böyük səhvim səni SƏNƏTKAR SAYMAMAĞIMDIR!!! Bəli, səni SƏNƏTKAR SAYMIRAM! Nəinki səni, sənin “sənətkar” saydıqların belə mənə görə sənətkar olmayıb!

Heç vaxt “mənəm-mənəm” deməyən təbiətimə indi xəyanət edib, bəlkə kiməsə təvazökarlıqdan uzaq görünsəm də, bəzi həqiqətləri sənə kobud tərzdə qandırmaq məcburiyyətində qaldığıma görə Millətimdən, Xalqımdan dönə-dönə üzr istəyirəm! Bil ki, özünə sənətkar deyən sən - sadəcə ürəyəyatımlı səsə malik sıradan bir müğənnisən! Şükür ki, belə səslərdən Azərbaycan kasad deyil. Hələ bu yaşında üstünə gələn, sənə meydan oxuyan, günü-gündən artan Damlalar, belə axını indiki kimi vərdiş halına salıb, hər kəslə dalaşıb sıradan çıxarmağa səndə güc qalacaqmı? Sözün keçəcəkmi? Səni gözləyən bu halını, bu günləri düşündünmü? Yoxsa məni əzələlərini göstərdiyin abıra qısılanlarla çaş-baş salmısan?

“Bəs deyilmi, laxlayan səsinlə...” – Flora Kərimovadan güllə kimi yazı


Artıq tam məsuliyyətlə təkrar edirəm, səni sənətkar saymıram! 13 yaşımdan korifeylərlə, klassiklərlə, çiyin-çiyinə səhnə bölüşmüşəm, illər keçdikcə sənətkar deyib öz sıralarına qəbul etdikləri səsin sahibinə sənmi qiymət verəcəksən? Sənmi etdiklərimi edə biləcəksən? Sənmi əxlaqdan danışıb laxlayan səsinlə (tremola) nə oxuyum, necə oxuyumu öyrədəcəksən?!

Təkrar edirəm, səni sənətkar saymıram! Millət tərəfindən Azərbaycan estradasının anası sayılan, Azərbaycan estradasının 3-4 kişi banilərinin cərgəsində adı çəkilən yeganə qadın, 64 il səsi gündəmdən və dildən düşməyən, Azərbaycan musiqisinin bütün janrlarında, klassik vokaldan tutmuş muğama qədər, 15 il vokal sənətinin elminə yiyələnən peşəkar deyir! Bu, bir neçə tembrə malik, səsi ilə Azərbaycanın 90 faiz bədii filmlərində və animasiya filmlərində ölkələri gəzən və nəhayət, dünyada 4 oktavaya malik iki səsdən birinin sahibi olan Sənətkarın qiymətidir! Ehtiyac varsa, təkrar edim: sən sənətkar deyilsən və vokal sənətində böyük qüsur sayılan laxlayan səsinlə heç o zirvəyə qalxa da bilməzsən!

Gələk sənin nankorluğuna. Demirəm sənin ulduzunun ən parlaq vaxtında, sənə təriflər gələndə, mən də onların sırasındaydım. Amma heç vaxt demədim ki, Röya pis müğənnidir, pis oxuyur.

Sənətkar saydığın İlhamə Quliyeva səni “iylənmiş”, “bitli baş”, “yuyulmamış...” və sairə adlarla alçalda-alçalda təhqir edəndə, kim səni müdafiə etdi?! Bunudamı unutdun? Bu idi sənə olan haqsızlıqlarım? Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, “qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim? Sənə deyəndə ki, “qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?! Durub illər sonra efirdə Sevil Nuriyevanın verilişində ağlaya-ağlaya Millətə yalvaranda “kiminsə videolarını (Faiqi nəzərdə tuturdu – F.K.) telefonlardan sildirən kişilər mənə kömək etmədilər, mən anayam, ev xanımıyam, bir oğlum var, bu gün nələr verərdim ki, o videoları internetdən, telefonlardan silsinlər”. Onda da sənin ağlına gəlmədi ki, Flora mənə məsləhəti ilə yaxşıların yaxşısını edibmiş!

Gələk sənin İlhamə Quliyevaya münasibətinə. Onunla “dostluğun” məndən çox illər sonra, onun sənə “şanlı münasibətindən” sonra başladı. Səbəbi də yenə mən oldum. Çevrəmdə olan, artıq adları bəlli insanları mənə qarşı istifadə etməyə çalışırdı. Bunu onların etibarsızlığından istifadə edərək yaxşı bacarırdı. Sən də istisna olmadın!

İndi qaldı dediyin kimi səni ona – İlhamə Quliyevaya qısqanmağıma. Bir neçə sənə məsləhətimdən başqa yaxınlığım olmadığı halda hansı qısqanclıqdan söhbət gedə bilər? Mən Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Ramiz Mirişli, Oqtay Kazımi, Oqtay Rəcəbov, Elza İbrahimovanı (saysam qurtarmaz) qısqanmadım, bir oktavaya güclə çatan səsin, yəni sənin ona yaxınlığınmı məni qıcıqlandıracaqdı? Bir də mən həyatım boyu övladlarımdan, balaca uşaqlardan və Şəhid Analarından başqa kiminsə əlini öpməmişəm. Amma çox illər qabaq indi şəxsi problemlərinə görə Hollandiyada yaşayan dostun Strekalinin ad günündə hamının gözü qabağında mənim əlimi öpdüyünü xatırla. Bu, indi bəyənmədiyin, yuxarıdan aşağı baxdığın trionun tərkibində oxuduğun dövrdə olub. Yoxsa ürəyindən səsləndirdiyin yalanlarla məndən üstün olmaq, ya acıq çıxmaq keçir? Yaxşı bildiyini yenə sənə xatırlatmaq istəyirəm: Mən kiminsə varlığı ilə şərəflənməmişəm! Bu alçaqlığı bacarsaydım (yaxşı ki, bacarmıram) indiki qarşısında ikiqat əyildiyiniz insanlar sırasında idim. Bunu da nə mənəviyyatıma yaraşdırmırdım, nə də yazıq sizlərə. Məni gözdən salmaq xülyasına düşüb, gücün çatmadığı cəhddən yapışma! Gecikdin, həm də çox gecikdin!

Bir də ki, mənim öyünməyə layiq olan həmin məclisimə şərəf gətirən insanların sırasında sənə yer yox idi!

İndi keçək sənin “Röya” jurnalına. İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır. Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm.
“Bəs deyilmi, laxlayan səsinlə...” – Flora Kərimovadan güllə kimi yazı
Öz ailə mədəniyyətini, oğluna rəva bildiyin tərbiyəni bu şəkildə sərgiləmək mütləq idimi? Ana instinktini, Qadın ismətini şəxsi sərbəstliyinə bu dərəcədə qurban verməyə dəyərdimi? Düşündünmü gələcəkdə övladına, xüsusən oğlan övladına utanc gətirən çox problemlər yaradırsan? Ağıllı insan öz səhvindən öyrənər, müdrik insan başqalarının. Ağlı kəsəndə bağışlayacaqmı səni? Bəzən kiminsə varlığı, bəzənsə kiminsə yoxluğu insana görk olur. Bu gün oğlan övladının yanında oturuşunu bilməyən, etdiyi jestin fərqinə varmayan, sabah artıq nə qədər pərdələri araladığını və illər sonra o pərdələri deşib keçən barmağının ağrısını özündə hiss edəcək. Diqqətli düşünsən, nə dediyimi yaxşı anlayarsan!

Allah övladını xoşbəxt etsin. Aydın şüurla arzuladığın kimi bir kişi oğul olsun, sözün böyük mənasında! İndi uşaqdır, çox şeyin fərqində deyil hələ. Sən onun üçün mələksən, hamıdan böyük, hamıdan güclüsən. Hələ sənə sadəlövhcəsinə sual verir: “Ana, səni hamı tanıyır?” 10 il sonra isə özü səndən buraxdığın səhvlərin fərqinə varıb, artıq həyatı anlayan hakim dərəcəsində soruşanda ki, “Ana, Flora xanım sənə nə demişdi ki, onu sevmirdin?”, çox ümid edirəm ki, o vaxt ona üzün qızarmadan, daha ağıllı və ən vacibi, yalansız cavabına sonrakı həyat tərzinlə haqq qazandırasan!

https://www.instagram.com/p/Bhi-RIygUra/


P.S. Abırsızlıqla ağılsızlıq əl-ələ verəndə insanın evi yıxılır!!! Həddini bil!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İlhamə, sənə veriləsi heç nəyim yoxdur. Bircə..." - Flora Kərimovadan sərt sözlər

    "İlhamə, sənə veriləsi heç nəyim yoxdur. ...

    3-02-2016, 20:32

  • 
  • "Aygün nə ixtiyarla özünə sənətkar deyir?"

    "Aygün nə ixtiyarla özünə sənətkar ...

    10-01-2018, 23:00

  • 
  • Flora Kərimovadan Aygün Kazımovaya sərt cavab: "Dünənki cücə..."

    Flora Kərimovadan Aygün Kazımovaya sərt cavab: ...

    23-02-2017, 21:27

  • 
  • "Öləndə cəhənnəm belə sizə dar gələcək"

    "Öləndə cəhənnəm belə sizə dar gələcək" ...

    7-07-2017, 23:08

  • 
  • Flora Kərimova: "Faiq Ağayevin porno videosu məndə hələ də qalır”

    Flora Kərimova: "Faiq Ağayevin porno videosu ...

    7-07-2013, 22:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (428)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu