Mayın 6-da Lissabonda 63-cü "Eurovision" mahnı müsabiqəsinin rəsmi açılışı olacaq.
Portuqaliya müsabiqəni keçirmək haqqını ötən il onun təmsilçisi Salvador Sobralın qələbəsindən sonra qazanıb.
Müsabiqənin yarımfinalları 8 və 10 mayda, final isə 12 mayda baş tutacaq.
Azərbaycanı «Eurovision-2018» mahnı müsabiqəsində Aysel Məmmədova təmsil edəcək.
A.Məmmədova 1989-cu ildə musiqiçi ailəsində doğulub. Onun Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil aldığı, Azərbaycan Dövlət Konservatoriyasını bitirdiyi bildirilir.
A.Məmmədova «Caspian Jazz&Blues Festival», Bakı Beynəlxalq Caz Festivalı, «MuzEnergo Festival of Music Improvisation», Montro Caz Festivalı, Qafqaz Caz Festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Pianoçu, vokalist və bəstəkar olan A.Məmmədovanın 2013-cü ildə tanınmış musiqiçilər Alexandre Coppaloni, 2015-ci ildə isə Deborah Carter-dən özəl dərslər aldığı deyilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?