Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.
“Eurovision 2018” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında İsrail təmsilçisi Netta olub. O, «TOY» mahnısını ifa edərək, 529 xalla birincilik əldə edib.
İsrail 529, Kipr 436 və Avstriya 346 xalla “Eurovision 2018” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.
Qeyd edək ki, Portuqaliyada keçirilən 63-cü “Eurovision” mahnı müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2018” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Aysel Məmmədova birinci yarımfinalda səhnəyə 1-ci çıxaraq “X my heart” mahnısını səsləndirib, lakin finala adlaya bilməyib.
Beləliklə, “Eurovision 2019” yarışması İsraildə baş tutacaq./APA
Sorğu
Yeni dizaynımız necədir?