Şou-biznesdə “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova şəxsi həyatı barədə danışıb.
“Atv maqazin onlarla”ya açıqlama verən ifaçı bildirib ki, qızını nikahdan kənar dünyaya gətirib: “Bəli, ailəlidir. Heç kimin ailəsini dağıtmamışam. Əsla etmərəm. Məndən öncə nə olubsa, onun mənə aidiyyatı yoxdur. Qızım üçün yaşayacam. Hər zaman bahalı maşınlarım olub. İndi maşınım yoxdur, avtobusdan da istifadə edə bilərəm. Bundan utanmıram da. Rəsmi nikah yoxdur, kəbin var. Əsas odur ki, övladım halallıqla dünyaya gəlib. Qızıma görə heç də peşman deyiləm. Övladımın anası da, atası da yanındadır”. İfaçı bildirib ki, ən böyük arzusu gəlinlik geyinməkdir: “Bir gənc qız kimi istəmişəm, arzum olub gəlinlik paltarı geyinmək. Amma mən xonçası oynamayanlar silsiləsinə aidəm. Arzum ürəyimdə qaldı. İndi nə etmək olar. Eybi yox,belə də olur”.
Sorğu
Yeni dizaynımız necədir?