Müğənni “Pişik” Günel “APA TV”-nin “Show time” verilişinin qonağı olub.
Ifaçı bildirib ki, instaqramdan pul qazanır:
“Məsələn mənə hər hansısa bir məhsulu paylaşmağımı istəyirlər. Bunu pul müqabilində edirəm. Hər halda onlarda bilirlər ki, kimə müraciət edirlər. Yoxsa onları reklam etmək nəyimə lazımdır ki?”.
Günel bildirdi ki, sentyabrın 16-da aparıcılığa başlayır:
“Artıq hər şənbə günü səhər saat 10-da “ARB”-də veriliş aparacam. Aparıcılıqda özümü sınadığıma görə tənqid olunacağımdan qorxmuram”.
Müğənni şəxsi həyatı barədə isə üstü örtülü danışıb. Aparıcının ünvanladığı “Konkret olaraq “boşanmamışam” deyə bilərsinizmi?” sualına müğənni “Bu mənim həyatımdı, həyatımda hər şey əladı. Heç vecimə deyil barəmdə nə danışırlar. Əsas dur ki, yaxın dostlarım bilir ki, həyatımda hər şey yaxşıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?