"O, çox böyük qələt eləyər ürəyindən keçirər ürəyindən keçirər ki, millətin təmsilçisi olsun"
Xalq artisti Flora Kərimova düşmən münasibətdə olduğu həmkarı Faiq Ağayevi "qey" adlandırıb.Kərimova Virtualaz.org-a müsahibəsində belə deyib. Müsahibəni təqdim edirik:
- Faiq Ağayev məni məhkəməyə vermişdi ki, guya ona böhtan atmışam. Məhkəmə də mənim ona böhtan atmadığımı sübut elədi. Faiq Ağayev geydir. O, çox böyük qələt eləyər ürəyindən keçirər ürəyindən keçirər ki, millətin təmsilçisi olsun. Özü də harada, harada - Milli Məclisdə. Ağını çıxarmasınlar bu adamlar. Milli Məclisdə, layiqli adamların yanında Faiq Ağayev, İlhamə Quliyeva kimi insanların yeri yoxdur. Bunu demişəm, deyəcəyəm də...
- Əvvəllər siyasətlə məşğul olmusunuz. Milli Şuradan sizə də təklif gəlibmi?
- Bu, nə suallardır mənə verirsən? Mən uşaq deyiləm, 72 yaşım var. Bu sualların hədəfi var. Sən mənə təxribatçı suallar vermə. Öz sualın varsa, sualını ver. Faiq Ağayevlə və Milli Şura ilə bağlı sualların məqsədyönlü idi. Sağ olun. Danışmaq istəmirəm.
Sorğu
Yeni dizaynımız necədir?