Azərbaycan şou-biznesinin tanınmış siması müqəddəs ziyarətgahda olub.
Rəqqasə Fatimə Fətəliyeva İranın Məşhəd şəhərinə səfər edib.
O, “Instagram” profilində Məşhəd ziyarətgahının kompleksindən fotolar və videolar paylaşıb. Rəqqasə Fatimənin çarşabda olması diqqət çəkib.
Lakin onun belə geyinməsi birmənalı qarşılanmayıb. Belə ki, insanlardan bəziləri rəqqəsənin ziyarət səfərinə və çarşabda olmasına normal reaksiya verib.
Bəziləri isə Fatiməni “tülkü həccə gedir, gələndə açıb-buraxarsan” kimi oxşar sözlərlə tənqid edib. Hətta şərh bölməsində rəqqasəni açıq şəkildə təhqir edən də olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?