GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Ərim məni kafedə tar çalarkən sevdi” - Kanadadan gələn Polina

“Ərim məni kafedə tar çalarkən sevdi” - Kanadadan gələn Polina

Tarix: 22-06-2018, 11:44 Bölmə :Maqazin Baxış: 400
“Ərim məni kafedə tar çalarkən sevdi” - Kanadadan gələn Polina


Onu Azərbaycana gətirən səbəb muğam, burada evlənib yaşamasına təkan verən amil isə mədəniyyətimizdir. Ukraynalı bu gözəl milli musiqimizi ən azı bizim qədər, bəlkə də bizdən daha çox sevir və hiss edir.

Söhbət etnomusiqişünas, elmi tədqiqatçı (Harvard Universiteti) və tarzən Polina Dessiatnitçenkodan gedir. “Qafqazinfo”nun budəfəki müsahibi Polina Rusiyada doğulsa da, uşaqlıqdan Kanadada yaşayıb. Elə muğamla da okeanın o tayında tanış olub. Mənəvi zövq aldığı bu musiqi sonradan onu ölkəmizə gətirib:

“Kanadada etnomusiqişunaslıq kafedrasında dərs almışam. Əvvəl orkestrda fortepiano çalırdım. Dirijor İsmayıl Hacıyev idi. O, mənə birlikdə muğam ifa etməyi təklif etdi. Birinci dəfə muğama orada qulaq asdım. Çox sevdim və qərar verdim ki, Azərbaycan muğamı haqqında tədqiqat aparmalıyam. Dissertasiya yazdım, daha sonra isə doktorantura oxudum. Təhsilim ötən ay tamamlandı.

3 ildir ki, Azərbaycanda yaşayıram. Ancaq muğam, tar dərslərinə 5 il əvvəl başlamışam. Məncə, muğamın mənəvi ruhunu hiss etmək, onu bütünlüklə başa düşmək üçün ifa etmək lazımdır. Bu ölkənin insanı ilə danışıb yaşamalısan. Kanadada muğam var, ancaq o ruh yoxdur. Bir müəllim var, elə tarı da ondan öyrənmişəm”.

Söhbətimizin bu yerində ikimiz də qeyri-ixtiyarı olaraq susduq. Çünki ətrafa çox gözəl tar səsi yayılmışdı. Bir müddət qulaq asıb sonra bir-birimizə baxıb gülməyə başladıq:

“Maraqlıdır, tar hər yerdə məni tapır”.

Yenidən söhbətimizə davam edirik.

- Bəs Kanadadan sonra Azərbaycanda yaşamaq çətin olmadı ki?

- Burada yaşamaq mənim xoşuma gəlir. İnsanlarınız çox qonaqpərvər, mehribandır. Hamı kömək etmək istəyir. Ən əsası isə burada muğam var. Azərbaycanda evlənmişəm və ailəm buradadır. Ona görə hər şeyə öyrəşmişəm.

- Hazırda əsas fəaliyyətiniz nədən ibarətdir?

- Dissertasiyam bitdi və mən Harvard Universitetindən mükafat aldım. İki il müddətində muğam haqqında kitab yazıb onlara təhvil verməliyəm. Sentyabrdan yazmağa başlayacam. Mütəmadi olaraq muğam ustadları ilə görüşüb dərs alıram. Əsas müəllimim Əlixan Mənsurovdur. Mənə görə Mənsurov məktəbi klassik muğamdır. Ramiz Quliyev, Elxan Müzəffərov, Vamiq Məmmədəliyev və başqalarından da dərs alıram.

- Sizin sorağınızı elə Vamiq müəllimdən almışıq, dediyinə görə, siz də yaxşı tələbəsiz.

- Bəli, sonuncu dəfə yanına Kürdəxanıya getmişdik.

- Muğamı sadəcə tarda ifa edirsiz? Bəs oxumaq necə?

- Bir az səsim var. Muğam yox, xalq mahnılarını oxuyuram. İndi uşağa görə, vaxtım az olur. Arada ona da oxuyuram. Demək olar ki, elə muğamla böyüyür. Hazırda qəzəl janrını öyrənməyə çalışıram. Çünki bu, muğam üçün çox vacibdir.

- Gənclər daha çox müasir alətlərə maraq salırlar. Xüsusilə də, Kanadada yaşayan birinin tara, muğama olan bu sevgisi maraqlı haldır.

- Muğam çox ilahi musiqidir. Onu dinləyən, ifa edən zaman insan haldan-hala keçə bilir. Bütün musiqilər gözəldir, ancaq muğamda olan qüdrət, xarakter çoxunda yoxdur. Müasir musiqilər də lazımdır, ən azından toyda rəqs etmək üçün.

- Bəs Azərbaycan dilini necə öyrənmisiz? Çətin olmadı ki?

- Buraya gələndən sonra Töhfə Məlikovadan dərs almışam. Demək olar ki, bir ilə öyrəndim. Bir az çətin gəldi, ancaq maraqlıdır. Bəzi hərflər var ki, hələ də deyə bilmirəm. Məsələn, “k”. Ancaq inşallah yavaş-yavaş onları da öyrənəcəm.

- Yəqin ki, azərbaycanlı biri ilə evləndiyiniz üçün həm dili, həm də mədəniyyətimizi öyrənmək sizə daha rahat olar. Bəs yoldaşınızla necə tanış olmusuz?

- Bəli, iki ildir ki, evliyəm və bir övladım var. Kafelərin birində dostlarımla oturan zaman məndən tar çalmağımı xahiş etdilər. Mən də onları qırmadım, tar çalıb qəzəl oxudum. Bu zaman məni dinləyib. O, muğamı, ədəbiyyatı çox sevir. Maraqlı gəlib ki, Kanadadan gələn bir qız necə belə muğam oxuyur, tar çalır. Mənə sevgisi də elə ondan yarandı.

- Azərbaycan həm doğulduğunuz, həm də yaşadığınız ölkələrə nisbətən bir qədər mühafizəkardır. İstər geyim, istər davranış, istərsə də düşüncə baxımından Kanadadakı rahatlığı burada tapa bilirsiz?

- Əvvəlcə bir qədər fərqli gəldi, ancaq sonradan mühitə uyğunlaşdım. Xüsusi qaydalar var və mən onlara diqqət göstərməyə çalışıram. Burada qadınlar çox işləyirlər, ancaq evdə (gülür). Uşağa baxırlar, yemək bişirirlər, təmizlik... Çünki sizdə ailə vacib faktordur və ailəyə dayanan bir mədəniyyət formalaşıb. Bu, çox yaxşı bir şeydir. Bizdə belə deyil, məsələn. Elələri var, ailə, uşaq istəmir. Ancaq itləri var.

Ailələr bir-birlərinə qonaq gedir, birlikdə yemək yeyirlər, əylənirlər. Məsələn, mənim Kanadada rəfiqələrim var. Ayda bir dəfə ya görüşərik, ya yox. Ancaq burada insanlar bir-birləri ilə vaxt keçirməyi sevir. Burada da dostlarım var. Təəssüf ki, çox məşğul olduğumdan onlara elə də vaxt ayıra bilmirəm.

- Bəs həyat yoldaşınız tərəfindən sizə qoyulmuş hansısa qadağalar var?

- Yox, çünki mən onu, o da məni yaxşı başa düşür. Məsələn, o, geyimimə qarışmır. Heç vaxt mənə filan şeyi geyib, filan şeyi geyməməyimi demir. Ancaq mən başa düşürəm ki, olduğum vəziyyətə, mədəniyyətə görə hərəkət etmək lazımdır. Bu, bir az rol oynamaq kimidir. Burada rol oynayıram.

- Mətbəximizə nə dərəcədə bələdsiz? Yeməklərimizdən sevdikləriniz, bişirə bildikləriniz var?

- Yeməklərinizi çox sevirəm. Bir az bişirə də bilirəm, ancaq hər gün yox. Məsələn, ləvəngi, şah plov.

- Ləvəngi?

- Bəli, çox asandır. Çalışıram ki, hər şeyə vaxt ayıra bilim. Sahəmlə bağlı tədqiqat aparıram, uşağıma vaxt ayırmağa çalışıram, yemək və mədəniyyəti öyrənmək istəyirəm.

- Siz çox gözəl, baxımlı qadınsız. Qarşı cinsin nümayəndələri sizi narahat etməyib?

- Onların məni görmək şansı olmayıb. Çünki demək olar ki, günün əksər saatlarını arxivdə, sənədlərin arasında keçirmişəm. Sadəcə 1-2 dəfə dostlarımla kafeyə gedirdik, onda da elə həyat yoldaşımla tanış olduq.

- Bəs ailənizlə görüşə bilirsiniz? Evlənib Azərbaycanda yaşamaq istəyinizə onların münasibəti necə oldu?

- Onlar bilirlər ki, mən muğam və tarı, qısacası sənətimi çox sevirəm. Karyeram mənim üçün çox vacibdir. Odur ki, həyatım Azərbaycanla bağlıdır. Məni başa düşürlər. Həyat yoldaşım ailəmlə tanış olmaq üçün Kanadaya getdi, gördülər ki, o, yaxşı adamdır və razılaşdılar. Toyumuz Kanadada oldu, oktyabrda da bəlkə Bakıda toy etdik. Burada toy çox şən keçir, ancaq bu, mənə maraqlı gəlir. İndi həm işim, həm də uşaqla bağlı başım çox qarışıqdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Muğam Teatrı ləğv edildi

    Azərbaycan Dövlət Muğam Teatrı ləğv edildi ...

    5-11-2013, 12:54

  • 
  • Əməkdar artist: "Mən atamın tərbiyəsini almışam"

    Əməkdar artist: "Mən atamın tərbiyəsini ...

    12-01-2016, 13:03

  • 
  • Azərbaycanın muğamı Praqada səsləndiriləcək

    Azərbaycanın muğamı Praqada səsləndiriləcək ...

    11-10-2013, 11:00

  • 
  • Azərbaycanın mənəvi haqqı tanındı

    Azərbaycanın mənəvi haqqı tanındı ...

    20-12-2012, 13:23

  • 
  • Prezident İlham Əliyev: "Bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir"

    Prezident İlham Əliyev: "Bizim gücümüzün ...

    2-02-2017, 23:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu