Sabah Azərbaycanın muğamı Praqanın böyük konsert salonlarının birində səsləndiriləcək. Azərbaycan diasporasının dəstək verdiyi konsertin təşəbbüskarı həmyerlimiz, İtaliyada yaşayan bəstəkar Günay Mirzəyeva və onun italiyalı həyat yoldaşı, bəstəkar Francesco Maggiodur. Hər iki musiqiçinin “Çahargah” və “Şur” muğamı ladı üzərində olan yenikompasiziyaları Azərbaycan muğamı ilə sintez edilərək böyük kütləyə təqdim ediləcək. Muğam parçalarını bir çox müsabiqələrin laureatı Qoçaq Əsgərov səsləndirəcək.
Günay Mirzəyeva bildirib ki, hər iki bəstəkarın audio-vizual tamaşasını məhşur Praqa modern ansamblı müşayiət edəcək. Musiqili gecədə rəngarəng işıqlandımalar, video –proyektor ilə Azərbaycanı əks etdirən fotolar, Şərq və Qərb musiqisinin sintezi - Praqa modern ansamblı ilə muğam triosunun əsərdə qurulmuş musiqi improvizələri nəzərdə tutulub.
Xanəndə Qoçaq Əsgərov isə bunları qeyd edib:
“Bu layihə ənənəvi olacaq. Bir müddət sonra başqa ölkələrdə təşkili nəzərdə tutulub. Layihə bizim ifamızla ilkdir. Növbəti təqdimatlar bir-birindən fərqlənəcək.”
Xatırladaq ki, xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov müşayiət edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?