20 yaşlı Kayli Cenner sosial şəbəkənin ən aktiv istifadəçilərindəndir.
GUNDEMXEBER.BİZ xəbər verir ki, o, bloqqer kimi maraqlı videolar çəkərək izləyiciləri ilə bölüşür. Bu dəfə isə Cenner çanta kolleksiyasını nümayiş etdirib.
Onun evinin bir otağının hər tərəfi güzgü ilə düzəldilib. Bu otaqda isə yalnız Kaylinin çantaları yerləşdirilib. Kolleksiyada dünyanın ən bahalı brendlərindən olan çantalar yer alıb. Chanel, Dior, Louis Vuitton və Hermes kimi brendlərin yer aldığı kolleksiyanın ümumi dəyəri 1 milyon dollardan çoxdur. Burada hətta 4 əddə qızıl çanta da var.
Kolleksiyanın ən qiymətli çantası isə dəyəri 115 min dollar olan “Birkin” brendinin məhsuludur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?