"Apple" yenidən dünyanın ən bahalı brendi seçilib. Amerika korporasiyası "Forbes" jurnalının reytinqində ilk yeri tutub.
gundemxeber.az anspress-ə istinadən bildirir ki, "Apple"ın bazar dəyəri 154 milyard dollardan artıq hesablanıb. Reytinqin ikinci pilləsində 82,5 milyard dollarlıq dəyərilə "Google" korporasiyası qərarlaşıb. Sonrakı yerləri müvafiq olaraq "Microsft" (72,5 milyard dollar), "Coca-Cola" (58,5 milyard) və "Facebook" (52,6 milyard dollar) brendləri tutub.
"Forbes" qeyd edir ki, "Apple" son vaxtlarda iqtisadi çətinliklərlə və gəlirinin 13 faiz azalmasına baxmayaraq reytinqdə liderdir. Mütəxəssislər gəlirin azalmasını "iPhone" məhsullarının daha az satılmasıyla əlaqələndirib.
"Apple" ən yaxın izləyicisindən az qala iki dəfə daha artıq dəyərə malikdir. Pensilvaniya Universitetinin Marketinq və Brendinq sahələri üzrə professor Devid Reybsteyn buna fikir bildirib. Professor bildirib ki, brendlərin dəyər qazanmağı birbaşa istifadəçilərin onlara hansı münasibəti göstərdiyindən asılıdır. Əgər məhsul həqiqətən dəyərlidirsə, alıcı ona görə istənilən məbləği ödəməyə hazırdır.
Artıq digər brendlərin bazar gücünü "Apple" ilə müqayisə edirlər. Son vaxtlarda "iPhone" modellərinin "Samsunq" smartfonlarıyla eyni yerlərdə adının hallanması buna sübutdur. Rəqib şirkətləri tez-tez məhkəmə çəkişmələrində görmək mümkündür. Bunlara baxmayaraq "Apple"in liderliyi danılmazdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?