Səudiyyə hakimiyyət orqanları qadınların sürücülük qadağasının sona çatdığını xəbər verərkən "abırsız" geyimdə olduğu üçün qadın televiziya aparıcısını araşdırır. Aparıcı Şireen al-Rifaie kamera qarşısında olanda külək onun uzun paltarını - abayasını açıb və altındakı paltarlar görünüb.
Bu görüntü onlayn platformada qəzəb yaradıb və "Riyadda_lüt_qadın_sürücü" ("naked_woman_driver_in_Riyadh") ərəb həştəqi ilə yayılaraq tənqidə səbəb olub. Dubayda yerləşən Al Aan TV-də işləyən səudiyyəli aparıcı Şireen al-Rifaie hər hansı bir səhvə yol vermədiyini deyib. Səudiyyə Ərəbistanının kral ailəsi və dini quruluş sünni İslamın sərt versiyası olan vəhabilik məzhəbini yürüdür. Hakimiyyət orqanları onilliklər ərzində ciddi geyim qaydaları tətbiq edib. Burada müsəlman qadınlar ictimaiyyət arasında abayə və baş örtüyü geyinməlidirlər.
Ancaq mart ayında vəliəhd şahzadəsi Məhəmməd ibn Salman qadınların abaya geyinməyə məcbur olmadıqlarını və sadəcə "həyalı" geyinməyin lazım olduğunu deyib. Audiovizual Media üzrə Səudiyyə Baş Komissiyası çərşənbə axşamı Twitter-də yazıb ki, adı açıqlanmayan televiziya aparıcısının videosu ilə əlaqədar araşdırma aparıldığını deyib. Buna səbəb onun "abırsız, qayda və təlimatları pozan geyimdə" görünməsidir. Aparıcı Şireen al-Rifaie bu iddianı rədd edib. O, Səudiyyə Ərəbistanı xəbər agentliyi Ajel-ə deyib ki, "mən abırlı paltar geymişdim və Allah mənə söylənilənlərin həqiqətini meydana çıxaracaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?