Yaxın Şərqi bir-birinə qatan Səudiyyə vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, Yəmən, Qətər, Livan və Fələstindən sonra İordaniyanın da başına bəla oldu.
İSRAİLLƏ ANLAŞIB
Səudiyyə Ərəbistanı son aylarda İsraillə yaxınlaşıb. ABŞ-ın da daxil olduğu bir Yaxın Şərq həll planı üzərində razılaşılıb. Ərəb mediasındakı iddialara görə, bu plan Qüdsün beynəlxalq bir idarəetməyə təhvil verilməsini ehtiva etməklə, Fələstinli qaçqınların qayıdış haqlarının ləğvini nəzərdə tutur. Bu vəziyyət iki milyondan artıq qeydiyyatda olan Fələstinlinin məskunlaşdığı İordaniyada böyük narahatlığa səbəb olub. İordaniya Kral Məhkəməsindən üst səviyyəli bir səlahiyyətli “Middle East Eye” xəbər saytına məsələ ilə bağlı açıqlama verib. Səlahiyyətli, Səudiyyə apar- topar İsraillə münasibətlərini normallaşdırmağa çalışarkən, Fələstin məsələsində Təl-Əviv rəhbərliyinə güzəşt olunduğunu, bu vəziyyətin də İordaniyanın sabitliyini təhdid etdiyini dilə gətirib.
BİZƏ QULLUQÇU KİMİ DAVRANIR
Qeydiyyatda qaçqın sayı iki milyon olsa da, İordaniyanın 9 milyonluq əhalisinin yarısının Fələstinlilərdən ibarət olduğu bildirilir. Bunun çox həssas bir mövzu olduğunu deyən səlahiyyətli, Səudiyyə- İsrail planının, Əmman ilə Təl-Əviv arasında 1994-cü ildə imzalanan barış müqaviləsini də təhlükəyə salacağını ifadə edib. Müqavilə İordaniya və Fələstin arasında sərbəst keçidi də nəzərdə tuturdu. Səlahiyyətli ayrıca Səud Sahzadəsi Salmanın davranışlarını da tənqid edərək "Bizə və Fələstinlilərə münasibətdə özünü ağa, bizə isə qulluqçusu kimi davranır" deyə, bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?