Müğənni Sevda Sanaliyeva ötən həftə ayrıldığını açıqladığı həyat yoldaşı Cəmil ilə barışıb.
Məlumata görə, cütlük şəhər restoranlarının birində uşaqları ilə birlikdə əylənib. İfaçının sosial şəbəkədə etdiyi paylaşımlarından da cütlüyün bir araya gəldiyi aydın görünür. Hətta, izləyicilər də Sanaliyevaya barışıq haqqında suallar veriblər, ifaçı isə sualları cavabsız qoyub.
Musavat.com məsələ ilə bağlı Sevda ilə əlaqə saxlayıb. O, barışdıqlarını desə də, ətraflı danışmaq istəmədiyini açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?