"Bu ev olduqdan sonra Antalyaya, Bodruma ehtiyac qalmır"
Müğənni Nadir Qafarzadə Türkiyədə aldığı yeni mənzilindən danışıb. Axşam.az saytına açıqlamasında sənətçi evinə 300 min manat xərc çəkdiyini deyib:
“Sonuncu səfərim zamanı İstanbuldakı evimin sənədlərini aldım. Təmirli, həyətində hovuzu olan binadır. Orada üç min ailə yaşayır. Çox xoşuma gəlir. Bu ev olduqdan sonra Antalyaya, Bodruma ehtiyac qalmır. Binada istirahət üçün bütün şərait qurulub. Mənzilim 31-ci mərtəbədədir, eyvanım çox böyükdür.
Həyat yoldaşımla gedib bütün əşyaları aldıq, evi tam hazır vəziyyətə gətirdik. Ümumilikdə 300 min manat pul xərclədim. Bu ayın 12-dən sonra qaynatamgilin ailəsi ilə bir ay orada yaşayacağıq. Bakının səs-küyündən, toz-torpağından uzaq qalıb istirahət edəcəyik. Çox yorulmuşam, buna ehtiyacım var”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?