GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » MÜĞƏNNİNİ 3 İLDİR Kİ ƏRİ TOYLARA GETMƏYƏ QOYMUR

MÜĞƏNNİNİ 3 İLDİR Kİ ƏRİ TOYLARA GETMƏYƏ QOYMUR

Tarix: 10-07-2013, 17:48 Bölmə :Maqazin Baxış: 1 646
MÜĞƏNNİNİ 3 İLDİR Kİ ƏRİ TOYLARA GETMƏYƏ QOYMUR
“Üç ildir ərim məni toylara getməyə qoymur”
Muğam müsabiqəsindən tanıdığımız Bəyimxanım Mirzəyeva ailəni sənətə qurban vermək istəmir

Bəyimxanım Mirzəyeva Azərbaycan muğam sənətində yeni səs, yeni nəfəs olsa da çox tez məşhurlaşdı. Tanınmış sənət adamları, muğam ustaları xanım xanəndə haqda xoş sözlər deyiblər, onun muğam sahəsində daha böyük uğurlar əldə edəcəyinə əminliklərini bildiriblər.

Çoxları Bəyimxanım xanımın bu templə gedəcəyi təqdirdə daha böyük uğurlara imza atacağını gözləyirdi. Amma o, səhnədən, efirlərdən qəfildən “qeyb oldu”. Üç ildən çoxdur ki, özü görünmür, yalnız səsi gəlir. Niyə? Bu sualı virtualaz.org adından Bəyimxanımın özünə verdik.

- Bəyimxanım xanım, ayrı suallarım da olacaq. Amma qatıldığınız muğam yarışmasından başlayaq...

- 2005-ci il muğam yarışmasında iştirak etmişəm. O zaman mən 5 həftədən sonra yarışmanı tərk etdim. Amma münsiflər və tamaşaçılar buna etiraz etdi. Və yenidən yarışmanı tərk edənlərin seçimi oldu. Özü də SMS-lə. Və mən bu səsvermədə qalib olaraq yarışmaya yenidən qatıldım. Həmin muğam yarışmasında 5-ci yeri tutdum. O yarışmaya qədər elə də tanınmırdım, məni yalnız musiqiçilər arasında tanıyırdılar.

- Bəyimxanım niyə neçə vaxtdır gündəmdə deyil? Unudulmaqdan qorxmurmu?

- Mən real iş görməyi sevirəm. Danışmağı sevmirəm. Yeni mahnılarım radiolarda səslənir. Gündəmdə qalmaq üçün daha nə etmək lazımdır ki?!

- Məsələn, başqa populyar müğənnilər kimi toylara getmək...

- Xeyr, xeyr. Toylara getmirəm. Yoldaşım qoymur.

- Neçə ildir bu qadağa var?

- 3 ildir.

- Əvvəllər heç olmasa toylara getmisinizmi?

- Əlbəttə, getmişəm. Ərə getdikdən, ailə həyatı qurduqdan sonra isə həyat yoldaşım toylara getməyimə qadağa qoyub.

- Sirr deyilsə, toylara neçəyə gedirdiniz?

- Məclislərdən asılı idi. Məsələn, elə toy var idi ki, yarım saat oxumağa 500 manat, bir saata görə isə 1000 manat alırdım. Elə toy var idi ki, qiymət demirdim. Amma onu deyim ki, mən həmişə yüksək qonorar alırdım.

- Bəzi xanım müğənnilər “ailəmi sənətimə qurban” verdim deyirlər. Səncə, niyə?

- Başqalarını deyə bilmərəm, mənim üçün əsas önəmli olan ailəmdir. Ailəni sənətə necə qurban vermək olar?! Bu, öz ailə uğursuzluqlarını etiraf edə bilməyənlərin fikridir.

- Deputat, professor Nizami Cəfərov açıqlamalarının birində deyib ki, “İlhamə Quliyeva o qədər darıxır ki, özü-özünə ad verir”... Bu fikri bölüşürsünüzmü?

- İlhamə Quliyevaya böyük hörmətim var. Normal münasibətdəyik. Salam-sağ ol. Hətta İlhamə xanım mənim toyumda da iştirak edib. Mən dəqiq bilmədiyim şeyi necə deyə bilərəm?!

- İlhamə Quliyeva haqda danışmağa qorxub-çəkindiniz deyəsən...

- Xeyr.

- Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50 min manat cərimələndi. Hətta məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərardar çıxarıb. Sizcə, bu qərar haqlıdır?

- Mən bu haqda heç nə deyə bilmərəm.

- Digər xalq artistləri Faiq Ağayevlə Flora Kərimova arasında da gərginlik yaranıb. Gərginliyə Flora Kərimovanın müsahibəsində “Faiq Ağayev geydir, o, necə siyasətə gələ bilər” deməsi səbəb olub...

- Faiq Ağayevin sənətkarlığına və insanlığına söz ola bilməz. İncəsənət nümayəndələrindən kimsə siyasətə gəlirsə, bu, onun şəxsi məsələsidir. Amma hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.

- Rəqsanə ilə münasibətiniz necədir?

- Normaldır.

- Sənin “Yollara yağış yağır” mahnından sonra bir az gərginlik yaranmışdı...

- “Yollara yağış yağır” mahnısının sözləri Sona Vəliyevaya, musiqisi isə Ruslan Səfəroğluna aiddir. Bu mahnını ifa etmək üçün 5 müğənniyə təklif olunmuşdu. Hətta onların içində Rəqsanə və səhv etmirəmsə, Mətanət xanım da (İsgəndərli-red.) var idi. Amma sonra mən oxuyası oldum.

- Mahnı bəlli. Bəs kitab oxuyursunuzmu?

- 3 ildi kitab oxumuram. Ailə, uşaq, ev-eşik... Vallah, vaxt tapmaq olmur...


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Muğam Teatrı ləğv edildi

    Azərbaycan Dövlət Muğam Teatrı ləğv edildi ...

    5-11-2013, 12:54

  • 
  • Muğam ifaçısı Kürdə bataraq öldü

    Muğam ifaçısı Kürdə bataraq öldü ...

    24-07-2014, 15:12

  • 
  • Azərbaycanın muğamı Praqada səsləndiriləcək

    Azərbaycanın muğamı Praqada səsləndiriləcək ...

    11-10-2013, 11:00

  • 
  • Alim Qasımov: “Ailəlikcə donuruq, bizə kömək edin!”

    Alim Qasımov: “Ailəlikcə donuruq, bizə kömək ...

    3-02-2014, 12:25

  • 
  • “Ali Məhkəmənin hakimindən 100 min manata qərar almışam...”

    “Ali Məhkəmənin hakimindən 100 min manata qərar ...

    1-10-2013, 15:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu