Sarışın qadınla çimərlikdə görüntülənən və qız dostlarıyla çimərliyə əylənməyə gedən Ali Küçükbalçık hesabın yarısını ödəyə bilmədiyi üçün həyat yoldaşı Kibariyenin adını verib.
gundemxeber.az xəbər verir ki, müğənninin əri "Mən Kibariyenin həyat yoldaşıyam, başqa pul vermirəm" deyərək getdiyi məkandan ayrılıb.
Son dövrdə yaşadığı maddi problemlərlə yanaşı həyat yoldaşı Kibariyəni aldatması xəbərləriylə gündəmə gələn Ali Küçükbalçık 370 TL-lik (təxminən 185 manat) hesabın çox olduğunu deyərək məkan sahibi ilə mübahisə edib.
Məlumat üçün bildirək ki, 58 yaşlı məşhur müğənni Kibariyenin sarışın bir qadınla görüntüləri ortaya çıxan 37 yaşlı əri Əli Küçükbalçıkdan ayrılacağını bildirib. İddia olunur ki, Əli Küçükbalçıkının görüşdüyü sarışın qadın Kibariyenin yaxın rəfiqəsidir.
Sorğu
Yeni dizaynımız necədir?