Türkiyədə korrupsiya və rüşvət əməliyyatı zamanı saxlanılan müğənni Əbru Gündəşin həyat yoldaşı Rza Zərrab da var.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rza Zərrabın saxlanılmasından bir gün sonra həyat yoldaşı Əbru Gündəşin halı pisləşib.
Xəstəxanaya aparılan Əbru Gündəş axşama qədər həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb. Xəstəxanadan çıxan Əbru Gündəş həyat yoldaşını görmək üçün İstanbul Əmniyyət Müdürlüyünə gedib. Səlahiyyətli şəxslər Əbru Gündeşə, yalnız iki dəqiqəlik görüşə icazə verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?