Türkiyədə özünü Mehdi elan edərək, dini gözdən salmağa çalışan saxta ilahiyyatçı, Harun Yahya ləqəbli Adnan Oktarın mason olduğu aşkarlanıb.
Adnan Oktarın 1 milyon 50 min avro qarşılığında masonluq dərəcəsi aldığı təsdiqlənib.
Adnan Oktarla birlikdə saxlanılan C.Ö ifadəsində söyləyib:
“2012-ci ildə Adnan Oktar mənə xaricdə nüfuz əldə etmək üçün mason olmağın lazım gəldiyini söylədi və məndən bu barədə araşdırma aparmağımı istədi. Mən də dünyanın ən böyük mason lojalarının Rit və P2 olduğunu öyrəndim. Rit-ə qoşulması üçün İngiltərədə yaşamalıydı. Ona görə də P2 ilə maraqlandım. 3 dəfə 350 min avro verərək onun 33-cü dərəcəli mason olmasını təşkil etdik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?