Türkiyədə "Harun Yəhya” adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar iyulun 11-də həbs olunduqdan sonra, onun törətdiyi cinayətlərlə bağlı xarici ölkələrdən 51 şikayət daxil olub.
gundemxeber.az xəbər verir ki, Adnan Oktar saxlanıldıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq araşdırmaları zamanı 17 qızın cinsi təcavüzə məruz qaldığı təsdiq edilib.
Adnan Oktar və onun qrupunun cinayətləri təkcə ölkə daxilində deyil, xaricində də törədildiyi təsdiq edilib. Adnan Oktar və onun qrupu tərəfindən Hollandiya, Qatar, Almaniya, Azərbaycan, Qazaxıstan və Avstriyadakı bəzi qurbanları səfirliklərə və konsulluqlara şikayət ediblər.
Adnan Oktarın azərbaycanlı qurbanları səfirliyə müraciət etdi
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?