“Zombie boy” ləqəbi ilə tanınan Riki Cenest Kanadada yerləşən evində intihar edib.
gundemxeber.az məlumat verir ki, o, daha çox bədənindəki döymələrlə məşhurlaşıb. Riki müğənni Ledi Qaqanın kliplərindən birində çəkilib. Müğənni onun intihar xəbəri ilə əlaqədar olaraq tvitter hesabında bu sözləri yazıb:
“Dostum Riki Cenestin intihar xəbərləri dəhşətdir. Bu hadisələrin qarşısını almaq üçün daha çox səy göstərməliyik, psixoloji sağlamlığı nəzərə almalı və bu barədə düşünməyin ayıb olmadığını bilməliyik. Əgər çətinlik çəkirsinizsə, hansısa dostunuza və ya ailənizə zəng edin. Bir-birimizi qorumalıyıq”.
Qeyd edək ki, Cenestin dostları onun beyin xərçənginndən əməliyyat olunduğunu və psixoloji problemləri olduğunu deyiblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?