Binəqədi rayonu 6-cı mikrarayonda intihar hadisəsi baş verib.
Bu gün 09:45 radələrində 50-55 yaşlarında şəxs özünü hündürmərtəbəli binanın damından atıb. Hadisə yerinə FHN və DİN əməkdaşları cəlb olunublar. Lakin intihara cəhdin qarşısını almaq istəsələr də, mümkün olmayıb.
Musavat.com-a daxil olan məlumata görə intihar edən şəxs "Zeytun bağı" restoranının sahibi olub.
İntiharın səbəbi isə restoranın sökülməsi olub. Hazırda hadisə yerinə yüzlərlə adam toplaşıb.
Sorğu
Yeni dizaynımız necədir?