"Çox zarafatçılam. Qızım da hər zaman məndə nöqsan tutur. Deyir ki, birdən səni düz başa düşməzlər. Yaqut (köməkçisi - red.) deyir ki, sən öləndə də zarafat edəcəksən? Deyirəm, ağzımı aça bilsəm, ilk səndən başlayacam".
Bu sözləri xalq artisti Flora Kərimova "10-dan sonra" verilişində deyib. Müğənni bildirib ki, hər zaman etdiyi zarafatlar başına bəla olur:
"Flora xanım bədəxt adamdır. Taleyimə görə demirəm bu sözü. Zarafatımın acısı hər zaman özümə yönəlir. Onda deyirəm ki, bəlkə doğrudan beləyəm?".
Kərimova səsləndirdiyi cizgi filmlərindən danışıb. İfaçı "Dedilər ki, "Tık-tık" xanımı Sevil Allahverdiyeva səsləndirib" sözlərinə belə cavab verib:
"Tık-tık xanım"ı mən səsləndirmişəm. Sevil qızım, axı mənim tələffüzüm var. Niyə bunu edirsiz? Belə istedadınız var idisə, niyə başqa bir filmdə səsiniz olmadı? "Qayınana" filmində mahnı oxudum, onu da başqası adına çıxdı. Sonra filmdə Məlikməmməd mahnısını oxudum. Amma xalq üslubunda oxuyan müğənni çıxıb deyir ki, mənim səsimdir. Əlim üzümdə gəzə-gəzə durdum. Bu boyda üzdülük, həyasızlıq görməmişdim".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?