Məşhur türkiyəli ifaçı Mabel Matizin “Ya bu işler ne” adlı klipində istifadə olunan bir dollarlar FETÖ istintaq araşdırmasına səbəb olub.
İstanbul Prokurorluğunda məsələ ilə bağlı istintaq başlayıb.
Matiz ədliyyəyə gedərək ifadə verib.
Bildirilir ki, “Darbe” zamanı həbs olunanların üstündən və evlərindən xeyli sayda bir dollarlıq banknot çıxmışdı. Bir nəfər prokurorluğa şikayət edərək Mabelin klipindəki dolları FETÖ-yə dəstək olaraq istifadə etdiyini bildirib.
İfadə verən Matiz bildirib ki, klipin çəkilişi ona aid deyil. Bu məsələlərdə prodüseri məsuliyyət daşıyır. Sənətçi bildirib ki, klipində yer alan səhnənin FETÖ-ylə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, istintaq davam edir.
Məlumat üçün bildirək ki, Mabel Matiz türkiyəli müğənni, bəstəkar və eks-diş həkimidir./oxu.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?