Müğənni Sevda Sanaliyeva “ARB” telekanalında yayımlanan “Səhər-səhər” verilişini yarımçıq tərk etməsindən danışıb.
gundemxeber.az bildirir ki, Musavat.com saytına açıqlama verən rəqqasə bildirib ki, proqramda dinləyiciləri və özü təhqir olunduğu üçün proqramdan gedib: “Veriliş başlayandan Elgiz mənim “Leyli” adlı mahnımın uğursuz olduğunu deyirdi. İzzət də, mən də mahnının sevildiyini, insanların əzbər bildiyini bildirsək də, Elgiz öz fikrində israr etdi. Sonda isə dedi ki, dinləyicilərin zövqsüzdür. Buna görə proqramı tərk etdim. Onun məni və dinləyicilərimi təhqir etməyə haqqı yoxdur. Halbuki, yanvarda verilişində qonaq olanda “Leyli” adlı mahnımı oxumuşdum, Elgiz də oynamışdı. Təsəvvür edin ki, xəstə idim, o halda proqrama çıxdım. Amma qarşılığında hörmətsizlik gördüm”.
İfaçı canlı mahnı oxumamasının səbəbini də açıqlayıb: “Mən müğənniyəm, hər yerdə canlı oxuya bilərəm. O gün xəstə idim. Yenə də oxuya bilərdim. Amma hörmətsizliyin həddi aşdığı üçün bu cür addım atdım”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?