“Biz qeyri-hökumət təşkilatıyıq, dost qrupuyuq…” - Adnan Oktar içəridən yeni məktub yazıb
Türkiyə cəmiyyətində “Adnan hoca” olaraq tanınan Adnan Oktar və qrupuna yönəlmiş əməliyyat çərçivəsində həbs olunan şəxslərdən Ayça Pars vəkillərinin etirazına əsasən azadlığa buraxılıb.
Təxliyə qərarı İstanbul 8-ci sülh-cəza məhkəməsi tərəfindən verilib. Həbsdə olan Kocaeli F1 tipli həbsxanasından azadlığa buraxılan Pars “cinayət törətmək məqsədilə cinayətkar qrup qurmaq” iddiası ilə həbsdə idi. Ayça Pars istintaq çərçivəsində sözügedən qrup üzvlərindən azadlığa buraxılan ilk şəxs olub. “Sabah” qəzetində dərc edilən bir xəbərdə A.Parsla bağlı bu məlumatlar yer almışdı: “Canlı yayımlarda arxa planda Meral Kalça ilə çalışır. Yayım evindəki işlərlə bağlı rəhbərlikdə olub. Təşkilatın internet saytlarının şifrələri onda olur, yayımdan çıxarılan internet materiallarının olduğu hard diskləri özündə saxlayır. Rəhbərlikdəki bacıdır”.
Bu arada Adnan Oktarın Oda TV-yə göndərdiyi məktubun məzmunu da yayılıb. Məktub Oda TV-nin xəbər redaksiyasına ünvanlanıb və aşağıdakı kimidir:
“Qardaşımla bağlı xəbərinizi düzətlmək istəyirəm. Qardaşımın açıqlaması özünün araşdırmaları, öz qənaətidir. Mənimlə bağlı mediada yer alan yanlış xəbərləri mənə yazsanız, sizə düzünü danışa bilərəm. Mediada çıxan antik Tövrat xəbəri doğru deyil. Bir musəvi dostumun əmanət olaraq verdiyi bir Tövratdır və antik əsər deyil, əl yazısıyla yazılmış 60 illik Tövratdır. Musəvi dostum bir dəfə mənə baş çəkdiyi zaman geri qaytarmaq şərtilə araşdırmaq məqsədilə əmanət olaraq aldım. Pul kassam olaraq təqdim edilən şəxs kasıb, maddi durumu yerində olmayan, səyyar satıcılıq edərək həyatını keçirən bir qardaşımızdır. Dostları həbs olunanda onlara yardım məqsədilə 200-300 TL pul göndərib (o da yaxından tanıdıqlarına). Məqsədi onların bu pullardan türmədə dərman və yemək almaq üçün istifadə etmələridir. Kimsənin vəkilinə, ailəsinə bir sözlü müdaxiləsi olmayıb.
Oda TV-nin yaxşı tərəfi cəsarəti və səmimiyətidir. Təbii ki, hər şeyi yaxşı mənada demirəm. Mənim mal varlığım yoxdur. Ev, maşın, bankda pul və sair. Yəni, heç bir şeyim yoxdur. Nəqşibəndilər, qədirilər, rufailər, nurçular, süleymançılar, bizlər heç birimiz qruplaşma deyilik, cinayət təşkilatı heç deyilik. Qeyri-hökumət təşkilatıyıq, dost qrupuyuq.
Bizim dostlarımız arasında cinayət edən yoxdur. Bizimlə bağlı verilmiş bir məhkəmə qərarı da yoxdur. Cinayət yoxdursa, cinayətkar qrup da yoxdur.
Azyaşlı qızlara təcavüz iddiası isə tamamən yanlışdır. Bütün iddiaların yanlış olduğunu anlayınca son anda, biz saxlanılan zaman gətirilən gənc qızlara bu iftiraları dedirdiblər. İfadələrin demək olar ki, hamısı bir-birinə bənzər üslub və jarqondan ibarətdir. Mən heç bir zaman azyaşlı bir qızla valideyni olmadan görüşməşəm. Bu, kökündən mümkünsüz bir şeydir. Bu prinsipimi də yüzlərlə insan bilir.
Mindən çox xarici jurnalist məndən müsahibə alıb. Bunlardan bir neçəsi Türkiyə əleyhinə danışıb. Mən bu insanlara Türkiyəni, hökuməti, Tayyib hocamızı tərifləmişəm. Məni işin bu tərəfi maraqlandırır. Adamların bütün həyatlarına zamin dayanmağım mümkün deyil. Amma buna baxmayaraq, bu adamlarla bir şəkildə tanış olmağımı cinayət ünsürü, “casusluq” fəaliyyəti olaraq düşünüb həbs qərarı çıxardılar”./musavat
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?