Türkiyədə populyar teleaparıcı və aktrisa Zühal Topalın "Evleneceksen Gel" evlilik proqramına qatılandan sonra məşhurlaşan, indisə yarıçılpaq və çılpaq fotoları, qalmaqallı açıqlamaları və açıq-saçıq həyat tərzi ilə tanınan azərbaycanlı Naz Mila yenə gündəmdədir.
Bu dəfə o, bədənindəki döymə ilə lağlağı obyektinə çevrilib.
GundemXeber.Az bildirir ki, İnstagram-da çox aktiv olan 27 yaşlı Naz Mila sinəsindən diz qapağına qədər uzanan tatuajının fotolarını paylaşıb.
[/center]
O, qürrələnmək istəyirdi. Çünki tatuajda "Yanlışlarım və doğrularımla məni yalnız Tanrı mühakimə edə bilər" yazdırmaq istəyən Naz Milanın bədənində indi "I can judge a single god with my wrongs and wrongs" yazısı var. Bu ifadənin tərcüməsi isə "Mən mühakimə edərəm yalnız Tanrını səhvləri və səhvlərlə" təki absurd, mənasız kəlmə yığınıdır.
Halbuki Naz Milanın tatusu "Only God can judge me", yəni "Məni sadəcə, Tanrı mühakimə edə bilər" kəlmələri ilə başlanmalıydı..
Sosial şəbəkə istifadəçiləri Naz Milanı bu bisavad cümləyə görə ələ salıblar.
8 yaşlı qız anası olan Naz Milanın İnstagram profilinin 860 min daimi təqibçisi var.
Sorğu
Yeni dizaynımız necədir?