2009-cu ildə ABŞ-ın Las-Veqas şəhərində Ketrin Mayorqanı zorlamaqda ittiham edilən futbolçu Kriştianu Ronaldu ilə bağlı qalmaqallar səngimir.
İtaliyada rəqs klubunda işləyən 23 yaşlı Kərimə Əl Məhruq 6 il əvvəl Kriştianu Ronaldunun onu zorladığını iddia edib.
Mayorqanın vəkili Lesli bildirib ki, Ronaldu daha 3 qadını da zorlayıb və qadınlardan biri ona zəng edib. Vəkil iddianı Las-Veqas polisinə təqdim edəcəyini qeyd edib. Kərimə isə bildirib ki, 17 yaşlı olanda Milan şəhərindəki bir oteldə Kriştianu Ronaldu ilə birlikdə olub. Bu zaman Ronaldu rəqqasəni zorlayıb. Qeyd edək ki, Kərimənin adı İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin evində təşkil edilən intim xarakterli tədbirlərdə hallanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?