Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu AÇ-2016-nın final oyunu barədə danışıb.
gundemxeber.az apasport.az-a istinadən xəbər verir ki, hücumçu Fransanın bir az daha şanslı olduğunu hesab edir.
"Fransa yaxşı komandadır. Yaxşı da oynayırlar. Onlar bizdən bir az daha çox favoritdir. Çünki evdə oynayırlar. Bu, bəzən böyük üstünlük yarada bilir. Ancaq bu, finaldır. Hər şey mümkündür. Biz tam hazırıq. Nəzərə alaq ki, hələ ki, bizi məğlub edən olmayıb", - deyə "Real"ın oyunçusu bildirib.
Qeyd edək ki, Portuqaliya - Fransa oyunu iyulun 10-da, saat 23:00-da start götürəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?