Türkiyə mətbuatı “Show” telekanalında yayımlanan “Bu gün ne giysem” verilişindən münsif İvana Sərtin uzaqlaşdırıldığı haqda xəbər yayıb.
Xəbərdə bildirilir ki, İvanın yerinə “Qalatasaray”ın futbolçusu Uesley Sneyderin xanımı Yolante Kabau gətiriləcək.
Hətta onun bu məqsədlə türkcə dərslər almağa başladığı iddia edilib.
Məsələylə bağlı açıqlama verən İvana Sərt deyib ki, onsuz bu verilişin davam etməsi qeyri-mümkündür:
“Yolante türk dilində danışa bilmir. "Bu gün ne giyinsem” İvanasız axmaq verilişə çevrilər. Mən olmadan proqramın yayımlanması imkansızdır. Münsif dostlarım da mənim kimi düşünür”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?