Məşhur modelyer İvana Sərtin keçmiş əri, iş adamı Yurdal Sərt hər kəsi təəccübləndirəcək açıqlamalar verib.
İş adamı eks arvadının 400 min lirəlik (təxminən 200 min dollar) təzminatı az hesab etdiyini, məbləği daha da yüksəldərək 7 milyon lirəyə qaldırmasını və yoxsulluq alimenti istəməsini acgözlük adlandırıb.
Yurdal Sərt, İvananın yoxsul həyat yaşamadığını deyib: "Boşandığımız zaman mən evdən bir çanta ilə çıxdım. İstanbulda və Belqradda ev verdim ona. Uşağımın xərclərini də ödəyirəm və əlimdən gəldiyi qədər onlara gözəl bir həyat yaşatmağa çalışıram. Əvvəlki həyat tərzlərini pozmamağa çalışıram."
Bütün bunlara baxmayaraq İvana Sərtin narazı olduğunu bildirən türk iş adamı, özünün də milyarder olmadığını vurğulayıb. "Sanki mən milyarderəm. O, qədər də imkanım yoxdur. Mənim üç uşağım var, mənə qarşı bir az hörmət göstərməsini istəyərdim" - deyə, məşhur modelyerə etiraz edib.
Yurdal Sərt İvana Sərti vəkillərinin, ya da sevgilisinin yönləndirdiyini düşündüyünü söyləyib. Həmçinin qeyd edib ki, onlar evləndikləri zaman İvananın heç nəyi olmayıb.
"İvana sərt mənimlə bir yerdə olduğu zamanlarda da bir çox şey edib. Biri ilə bir yerdə oldu, sonra onu buraxıb başqası ilə nişanlandı. 10 illik evliliyim boyunca çox pis şeylər yaşadım"- deyən iş adamı, İvananın onu maddi mənəvi çökdürdüyünü də açıqlayıb.
Bu açıqlamaları ilə diqqət çəkən Yurdal Sərt bildirib ki, yuxarıda Allah var, həm də mənim yaxşı vəkillərim var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?