Bu dəfə sosial şəbəkələrdə xeyli məşhurlaşan “Popumuz var” verilişinin qonağı reper Promete olub.
Aparıcılığını Murad Arifin etdiyi verilişdə reper həmkarı Anar Nağılbazın ölümündə cəmiyyəti günahlandırıb:
“Anar Nağılbaz öldükdən sonra bizim cəmiyyətdən əlimi üzdüm. Nağılbazın o videoda nə edib-etmədiyi önəmli deyil. Bunun heç kəsə aidiyyatı yoxdur. Bunu siz etmirdiniz. Nağılbaz çıxıb deməliydi ki “Əcəb eləmişəm. Bu mənim öz işimdir”. Hətta bu videoları davam da edə bilərdi. Artıq porno sahəsinə keçmişəm” deyə bilərdi. Ancaq demədi. Səhvi də bu oldu. O insanı camaat öldürdü. O, imkan verməməliydi ki, insanlar onun şəxsi həyatına burun soxsun. Gərək özünə bəraət qazanmağa çalışmazdı, etiraf edərdi və mühakimə edənləri də sərt sözlə susdurardı... Nəticədə Nağılbaz kimi beyini itirdik”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?