Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Fox TV-ni cərimələyib.
Gundemxeber.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb "Kadın" serialında milli-mənəvi dəyərlərə zidd səhnələrin yer alması olub.
RTÜK-ün təqdim etdiyi məlumatda deyilir: "Serialda baldız obrazını canlandıran Seray Kaya köməyə ehtiyacı olan bacısı Özge Özpirinçciyə ilik köçürür. O, bacısının əri Caner Cindoruklə uyğunsuz şəkillər çəkdirmək şərtiylə belə addım atır. Həmçinin sözügedən şəkillər şantaj xarakteri daşıyır. Bu və bənzər səhnələr milli və mənəvi dəyərlərə ziddir və ümumi əxlaqa qarşıdır".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?