Türkiyədə qısqanc qadın restoranda ərinin rəqqasələrə pul verdiyini gördükdən sonra onu bıçaqlayıb. Qarnından yaralanan ər məhkəmədəki ifadəsində "Məqsədim həyat yoldaşımı qısqandırmaq idi və bacardım da" deyib.
İddiaya görə, 35 yaşlı qadın ərinin içkili vəziyyətdə bir restoranda olduğunu və rəqqasələrə pul verdiyini öyrəndikdən sonra restorana gedib.
Bundan sonra aralarındakı mübahisə böyüyüb və cütlük restorandan ayrılıb. Daha sonra restorandan kənarda davam edən mübahisənin davaya çevrilməsi qadının içəridəki bir masanın üzərindən götürdüyü meyvə bıçağı ilə ərini yaralamasına səbəb olub.
Hadisədən sonra xəstəxanaya aparılan adamın həyat yoldaşı polisə verdiyi ifadədən sonra həbs olunaraq həbsxanaya göndərilib.
Bıçaqlanan ər isə hadisədən sonra boşandığı keçmiş həyat yoldaşından şikayətçi olmadığını bildirərək "Mənim məqsədim o gecə həyat yoldaşımı tərəfindən qısqanılmaq idi. Gözlərinin içinə baxa baxa rəqqasələrin döşlərinə pul taxıb, şampan partlatdım. Məni öldürmək məqsədinin olduğunu düşünmürəm. Mən onu qısqandırmaq istədim və bunu bacardım. Azadlığa çıxdıqdan sonra onunla yenidən evlənəcəm" deyib.//Moderator.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?