“Yeşilçam”ın məşhur kino ulduzu Yeşim Akbulut İbrahim Tatlısəslə münasibətləri haqqında şok iddialar irəli sürüb.
GundemXeber.Az xəbər verir ki, aktrisa “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramında qonaq olub. O, verilişdə qastrolda olduqları zaman İbrahim Tatlısəsin onunla yaxınlaşmaq, hətta yatmaq istədiyini etiraf edib: “Sibel Can, Sezen Aksu, MFÖ qrupu və mən Bursada idik. Hər kəs özünə aid otaqda qalırdı. Bir gün İbrahim bəydən səhər 11-də zəng gəldi. Öz-özümə düşündüm ki, bu saatda mənə niyə zəng edib. Köməkçim dedi ki, məni otağına dəvət edir. Sonra getməyə qərar verdim. Otağı aşağı mərtəbədə idi, qapını döymək istəyəndə içəridən Sibel Can çıxdı. Sibel Can onda oriental rəqqasə idi. Otağa girib yatağın kənarında oturub “Niyə çağırmısınız” deyə soruşdum. “Səndən çox xoşum gəlir” deyib yatağa tərəf itələdi. Təəccübləndim, həyəcanlandım və təşvişə düşdüm. Titrəməyə başladım, gənc qadın idim, özümü onun qollarına buraxa bilərdim... Üzünü əlimlə oxşayıb “İbrahim bəy, saqqallarınız çıxıb” dedim. O, isə köməkçilərinə "Mənim üçün təraş bıçağı alın" deyərək qarşılıq verdi. Mən də fürsətdən istifadə edib “İbrahim bəy, otağıma çıxıb düşürəm, işim var” deyərək oradan uzaqlaşdım. Köməkçimə dedim ki, telefonlara cavab verməsin, sonra otaqdan çıxmadım. Həmin gün İbrahim Bursanı tərk etdi, hətta konsertdə də çıxış etmədi. Deyəsən, qüruru sınmışdı, mənimlə birlikdə olmaq istəmişdi. Əslində, duyğusallıq baxımdan mən də onu rədd etmədim, amma o da bəyəndiyi qadını əldə edə bilməyincə çıxıb getdi. Heç vaxt "İbrahim bəy mənə təcavüz etdi" deməmişəm. Belə bir şey onsuz da baş verməyib. Kişinin məndən xoşu gələ bilər, mən də aşiq ola və özümü saxlamaya bilərəm... İbrahim bəydən uzaqlaşmağımın səbəbi onun hörmət etdiyi, qarşısında baş əydiyi yaxın dostunun mənə aşiq olması idi, dəlicəsinə sevirdi. İbrahimlə birlikdə olsaydım, onlar çox möhkəm dalaşardı. Bəlkə də İbrahim bəyə nə isə edərdi. Qorxduğum üçün qaçdım, yeganə səbəb bu idi. Onunla heç cür görüşə bilmədim. Görüşmək istədim, amma həmişə qaçdı. Buradan etiraf edirəm ki, mən də ona aşiq idim. Birlikdə ola bilməməyimizin yeganə səbəbi o adam idi. İbrahim Tatlısəsi öldürərdi. Odur ki, qaçmaq məcburiyyətində qaldım. Bunu da ilk dəfə etiraf edirəm. Birlikdə onunla film çəkirdik, çəkilişlərdə onunla danışmaqdan boyun qaçırırdım, çünki çox həyəcanlanırdım. Sevirdim, amma həmişə qaçırdım”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?